Texnologiya

Pilotsuzları görən radar yaradılıb

26 May 2015 21:40
0 Şərh     Baxış: 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın təhlükəsizlik sistemlərinin istehsalında ixtisaslaşan Alsok şirkəti pilotsuz uçan aparatları aşkarlamaq üçün dünyada ilk radar yaradıb. 

Pilotsuz uçan aparatları kiçik ölçüsü və aşağı səviyyədən uçmasına görə standart vasitələrlə aşkarlamaq qeyri-mümkündür, qurğunun avtonom rejimdə uçuşunda isə idarəetmə pultunda hətta radiosiqnal olmur.
 
Yaponiya mütəxəssisləri tərəfindən hazırlanan akustik portativ pilotsuz uçan aparatların aşkarlanması sistemi mühafizə olunan obyektin təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Radarın əsasını uçan kvadrokopterin səsini 150 metrdən tanıyan ötürücülər təşkil edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,aparatın propellərinin səsi ötürücülərin əhatə dairəsinə daxil olan zaman sistem dərhal onu müxtəlif multikopterlərin çıxardığı səslərin nümunələrinin toplandığı məlumat bazası ilə müqayisə edir. Akustik radar pilotsuz uçan aparatın modelini və onun hərəkət istiqamətini dəqiqliklə müəyyənləşdirə bilir. Sistem qurğunun tipini müəyyənləşdirməklə yanaşı, müşahidə kameralarını aktivləşdirir və lazım gəldikdə həyəcan siqnalı verir.
 
Alsok mühəndisləri onların yeni mühafizə sisteminin müxtəlif təşkilatlarda, o cümlədən sənaye müəssisələrində, atom stansiyalarında tətbiq olunacağına ümid edirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.