Texnologiya

Google yeni maşınlarını göstərdi

26 May 2015 21:20
0 Şərh     Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkəti üzün müddətdir ki, avtomobillərin avtomatık idarə edilməsi sistemi üzərində işləyir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin işləmələrinin hamısı ardıcıl istehsal edilmiş Toyota Prius və Lexus SUV avtomobillərində tətbiq edilib. Bu tip avtomobillərdə  sürücü sükanı arxasında əyləşən insan tələb olduqda idarəetməni özü həyata keçirə bilər.
 
Yeni, ikiyerli avtomobillərdə idarəetmə kompüter vasitəsi ilə həyata keçirilir və ekran vasitəsilə hərəkət marşrutu izlənilir. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ilk mərhələdə avtomobilin sürəti 40 km/saatla məhdudlaşdırılıb.
 
Google qeyd edib ki, bu, texniki məhdudiyyət deyil: avtomobilin sensorları iki futbol meydanı genişliyindəki ərazidə yerləşən obyektlər haqqında informasiya toplaya bilir. Avtomobil özü isə saatda 160 km sürətlə hərəkət edə bilər. Şirkət təxminən 100 belə maşın istehsal etməyi planlaşdırır.
 
Googleın yaradıcısı Sergey Brin bu avtomobillərdə hərəkətinin qar liftlərini xatırlatdığını və insanları rahatlatdığının təmin edildiyini bildirib. O ümid edir ki, belə avtomobillər ictimai nəqliyyatı əvəz edəcək.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.