Texnologiya

İnternetdə kütləvi izlənmə olacaq

26 May 2015 23:50
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ senatı kütləvi izləməyə son qoymaq üçün nəzərdə tutulmuş Azadlıq (Freedom Act) haqda qanun layihəsini dəstəkləməyib. Qanun 57 senator tərəfindən dəstəklənib, 42 senator onun əleyhinə səs verib. Qanun layihəsinin qəbulu üçün üç səs çatmayıb.

Ötən həftə qanun layihəsinin mətni ABŞ Konqresinin aşağı palatası - Nümayəndələr Palatasının böyük  səs çoxluğu ilə qəbul edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple, Google, Microsoft, Facebook, Yahoo!, Dropbox, LinkedIn, Evernote, Twitter, AOL və Mozilla daxil olmaqla ABŞ-ın bütün nəhəng şirkətləri Azadlıq haqda qanunun qəbulu üçün çıxış edib. 2015-ci ilin martında onlar Milli Təhlükəsizlik Agentliyinin (MTA) səlahiyyətlərini məhdudlaşdırmaq xahişi ilə ABŞ prezidenti Barak Obama və bir sıra başqa yüksəkvəzifəli məmurlara ünvanlanmış məktuba imza atıblar.
 
Qanun qəbul olunduğu halda telefon zəngləri haqda məlumatlardan rabitə operatorları məsuliyyət daşıyacaqdı. Nəticədə MTA yalnız məhkəmədən icazəsindən sonra telefon zənglərinə giriş əldə edə bilərdi.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.