Texnologiya

Robotlar gecəsi keçirildi

26 May 2015 23:10
0 Şərh     Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Varşavada vətəndaşlara polyak mühəndislərinin uğurlarını nümayiş etdirmək məqsədilə Robotlar gecəsi keçirilib. Avtomatika və Ölçmə Sənayesi İnstitutunda xizəkli-tırtıllı avtomobillər, polis robotları, tibbi və antiterror maşınları nümayiş olunub. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq üçüncü dəfədir təşkil olunan Robotlar gecəsi aksiyası bu il Missiya: təhlükəsizlik şüarı altında keçirilir. Bu səbəbdən sərgidə nümayiş olunan eksponatların - robotların əksəriyyəti insan həyatının qorunması üçün yaradılıb.
 
"İnstitutumuzda biz 10 tip robot hazırlamışıq. Onların ən kiçiyinin çəkisi 1,5 kq, ən böyüyünün 500 kq təşkil edir", - institut direktoru Yan Yablkovski deyib.
 
Mühəndis Petr Şinkarçik istehsal olunan qurğuların real şəraitdə işləməsini və insan həyatını xilas etməsini bildirərək onlardan bəzilərinin hazırda polisə itkin düşən insanları axtarmaqda kömək etdiyini əlavə edib.
 
Robotların insan həyatında iştirakı bəzən bizim onları görməməyimizə baxmayaraq genişdir. Onlar bizə tozu sovurmağa, otu biçməyə və binaların fasadını təmizləməyə kömək edirlər. Biz robotların gündəlik həyatımızda geniş iştirakına və artan roluna hazır olmalıyıq, - P.Şinkarçik qeyd edib.
 
Kosmos və qeyri-adi texnologiyalar həvəskarları üçün Robotlar gecəsi təşkilatçıları tərəfindən kosmik missiyanın dəstəklənməsi üçün yaradılan Mars uçuş aparatının analoqu təqdim olunub. Bundan başqa, sərgi iştirakçıları robotların üçölçülü texnologiyalardan istifadə etməklə yaranma prosesini görmək və özlərini bu mürəkkəb konstruktor işində sınamaq imkanı əldə ediblər.   
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.