Texnologiya

Bu protezi düşüncə idarə edir

23 May 2015 22:15
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiyanın protez istehsalı üzrə ixtisaslaşmış Ossur şirkətinin nümayəndələri düşüncənin köməyi ilə idarə olunan süni protez hazırlaması haqqında məlumat verib. Proprio Foot süni protezlər Kopenhagendə keçirilmiş mətbuat konfransında nümayiş etdirilib. Qurğunun əsasını Implanted MyoElectric Sensor (IMES) texnologiyası təşkil edir, xüsusi ötürücülərdən istifadə motorlu protezin həqiqi ayaq altı kimi işləməsinə imkan verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötürücülər xəstənin əzələ toxumasına implantasiya edilir və protezin quraşdırılması əməliyyatı 15 dəqiqə çəkir. Ötürücülərin enerji təchizatı protezdə yerləşdirilmiş kiçik maqnit qarqara hesabına həyata keçirilir.

Ossur şirkətinin nümayəndələri öz həllini inqilabi hesab edirlər. Proprio Foot süni protezi 3-5 il sonra satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.