Texnologiya

Saxta parollar hakerlərin qənimidir

23 May 2015 19:35
0 Şərh     Baxış: 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədqiqatçılar qrupu tərəfindən parolları hakerlərdən daha yaxşı qorumaq üçün sistem hazırlanıb. İndi məxfi kodlar fırıldaqçıların əlinə keçsə belə onlardan istifadə mümkün olmayacaq.

Əvvəllər parolların hamısı müxtəlif təşkilatların məlumat bazasına daxil olandan dərhal sonra şifrlənmə prosesindən keçirərək xüsusi alqoritm vasitəsilə rəqəmli parolu qarma-qarışıq sxemə çevirirdi. Belə məlumat saxlama sistemi hakerlər təsadüfi parolları əksinə parola çevirməyi öyrənənədək etibarlı hesab edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, xüsusi proqramlar cinayətkarlara iritutumlu məlumatları emal etməyə imkan verir ki, bu da istifadəçilərin hesabını təhlükə altında qoyur.
 
ErsatzPasswords sistemi yeni mühafizə səviyyəsini - saxta parolun yaradılmasını əlavə edir. Şifrləmə və bazada saxlanmadan əvvəl parola təhlükəsizlik modul aparatının generasiya etdiyi funksiya tətbiq olunur. O, parolu elə şəkildə dəyişir ki, haker bazaya müdaxilə edəndə və sxemi şifrləyəndə təhlükəsizlik moduluna çıxış olmadan oğurlanmış parol tamamilə lazımsız olur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.