Texnologiya

Bitcoin qaydaları yeniləndi

23 May 2015 22:35
0 Şərh     Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç bu yaxınlarda virtual valyutaların tənzimlənməsi üzrə yeni qaydaları təsdiq edib. Qaydalardan görünür ki, Bitcoin rəqəmli valyutası ölkədə qadağan olunmayacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  İsveçdə gəlir vergisinin mənbəyindən asılı olaraq onun bir neçə növü var. Bitcoin digər rəqəmli valyutalar, eləcə də pul əldə etmə üzrə əməliyyatlar kimi avadanlıq qiymətinin baha olması və gəlir əldə etmək üçün potensialın az olması səbəbindən gəlir sektoruna aid edilmir. Vətəndaş yalnız pul əldə etmə üzrə əməliyyatlarda uğur qazananda gəlir vergisi ödəyir.
 
Bitcoin İsveçdə kapitala aid deyil və buna görə də ona kapital qoyuluşlarından əldə olunan gəlirlərdən vergi tətbiq edilməyəcək və beləliklə, pul əldə etmə üzrə əməliyyatlar məşğulluq vergilərinə aid olacaq. İsveçdə bu sektora iqtisadi fəaliyyət və ya kapital vergisinə düşməyən gəlirlər aiddir.
 
Yeni qanunvericilikdə Bitcoinin qadağası ilə bağlı yalnız bir bənd yer alıb: kriptovalyutadan metal və ya emal materiallarının alışı üçün istifadə qadağandır.
 
Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur. 
Milli.Az  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.