Texnologiya

5 ildə smartfon bazarı nə qədər artacaq?

23 May 2015 20:05
0 Şərh     Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın Market Intelligence & Consulting Institute (MIC) elmi tədqiqat institutunun qiymətləndirməsinə əsasən, 2015-ci ildə dünya smartfon bazarının həcmi 1,5 milyard qurğu təşkil edəcək. 2019-cu ildə smartfonların tədarük həcmi 1,98 milyardadək yüksələcək.

Beləliklə, mütəxəssislərin hesablamasına görə, 2015-2019-cu illərdə orta illik artım tempi 7,2 faiz təşkil edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, MIC-in baş analitiki Çia vey Çxan hesab edir ki, bir neçə amil smartfon sənayesindəki irəliləməni təmin edir. O, bunu iPhone 6 və 6 Plus smartfonlarının çıxarılması, Xiaomi aparatlarının tədarükünün artımı, həmçinin Çin və başqa inkişaf etməkdə olan ölkələrin istehlakçıları tərəfindən yüksək tələbatla izah edir.

MIC ekspertlərinin proqnozuna görə, 2015-ci ildə Tayvan şirkətlərinin dünya smartfon tədarük həcminə töhfəsi 24,5 faiz təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.