Texnologiya

Piratçılıqla mübarizənin özü təhlükəlidir

5 May 2015 21:35
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əyləncə şirkətləri və rəsmi hakimiyyətlər internet piratçılığının qarşısını almağa çalışsalar da, onlar tərəfindən tətbiq edilən üsullar bəzən istifadəçilərin təhlükəsizliyini təhdid altına alır.

Pirat saytların bloklanması, avadanlığın müsadirə edilməsi, axtarış dərəcəsinin aşağı salınması daha təhlükəsiz onlayn mühitin yaradılmasına xidmət edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qanunsuz kontent yayan fayl mübadiləsi xidmətlərinin bloklanması çoxlu "törəmə" torrent-saytların əmələ gəlməsinə səbəb olur. Məsələn, Böyük Britaniyada böyük pirat resursları rabitə operatorları tərəfindən blok edilir, lakin bu məhdudiyyətlərdən "VPN" vasitəsilə asanlıqla yan keçmək olar. Belə bloklamalar yalnız əsas internet saytlarına aid olmaqla onlarla saxta saytlara şamil edilmir. Bəzən imitasiyalı resurslar orijinal portallarda olmayan aqressiv və ya açıq zərərli reklam yayırlar. Bundan başqa, saxta saytlar təkcə qeydiyyat tələb etmir, həm də istifadəçinin kredit informasiyasını soruşur.

Uzun müddət müəllif hüquq sahibləri "Google" şirkətindən axtarış sorğusundan pirat resursları ləğv etməyi tələb edib. Nəticədə şirkət güzəştə gedərək axtarış sisteminin alqoritmini dəyişib.

Anti-pirat fəaliyyətin uzunmüddətli perspektivdə nə dərəcədə perspektivli olması məsələsi mübahisəlidir. Buna baxmayaraq hər yeni bloklama, avadanlığın müsadirəsi və pirat resurslarının deaktiv edilməsi fırıldaqçılar üçün geniş fəaliyyət meydançası açır və saxta saytlar tərəfindən yayılan zərərli proqram təminatı ilə yoluxma riskini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.