Texnologiya

Türk hakerlər ermənilərə hücum etdilər

25 Aprel 2015 22:16
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özlərini haker dünyasında Türk əsgərləri olaraq adlandıran "Turkhackteam" Ermənistan Baş Qərargahı başda olmaqla bir çox internet saytlarını darmadğın ediblər.

Milli.Az anspress-ə istinadən bildirir ki, türk hakerlər 1915-ci il hadisələri ilə əlaqədar ermənilərin "soyqırım" iddiası ilə təşkil etdiyi anım mərasimlərinə görə Ermənistan saytlarına hücumlar ediblər.

"Turkhackteam" tərəfindən verilən açıqlamada bildirilir ki, Ermənistan Baş Qərargahı, Enerji Nazirliyi, Mərkəzi Bankın saytları başda olmaqla 6 rəsmi internet saytına kiber hücum həyata keçirilib. Hakerlər bildirirlər ki, qondarma erməni soyqırımı iddiaları davam etdiyi müddətdə kiber hücumlar davam edəcək.

"Bundan başqa bu "soyqırımı" dəstəkləyən Almaniya və Avstriya kimi ölkələrin də rəsmi dövlət saytları dağıdılacaq", - deyə "Turkhackteam" açıqlamasında bildirilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.