Texnologiya

Lobbiçiliyə kim ən çox pul xərcləyir?

24 Aprel 2015 23:47
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2015-ci ilin birinci rübündə Google internet şirkəti ABŞ Konqresində öz maraqlarının lobbiçiliyinə 5,47 milyon dollar xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü (3.82 milyon dollar) ilə müqayisədə 43 faiz daha yüksəkdir. Consumer Watchdog qeyri-kommersiya təşkilatı belə məlumat paylaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, təşkilatın hesabatı ABŞ Nümayəndələr Palatasının məlumatlarına əsaslanır. Hesabat məlumatına görə, internet nəhəngi lobbiçiliyə xərclər üzrə reytinqdə 16 texnologiya və telekommunikasiya şirkəti arasında liderdir.

Başqa şirkətlərə gəlincə, 2015-ci ilin birinci rübündə Amazon internet riteylerinin lobbiçiliyə xərcləri 130 faiz yüksələrək 1,91 milyon dollara çatıb. Bir il əvvəl bu göstərici 830 min dollar civarında olub. Şirkət pilotsuz uçuş aparatlarından (dronlar) istifadəni tənzimləyən qanunların yumşaldılmasının lobbiçiliyini aktiv maliyyələşdirir.

Facebook Vaşinqtonda fəaliyyətini azaldıb. Hesabat dövründə şirkətin lobbiçiliyə xərcləri 2,44 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz aşağıdır. Microsoft korporasiyasının lobbiçiliyə xərcləri 9 faiz azalaraq 1,89 milyon dollara bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.