Texnologiya

WhatsApp-dan sürpriz

18 Aprel 2015 16:27
0 Şərh     Baxış: 7 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın ən populyar mesajlaşma platforması olan WhatsApp daha bir yeniliyə imza atıb.

Anspress-in məlumatına görə, hər keçən gün böyüməyə və inkişaf etməyə davam edən mesajlaşma proqramı indi "Windows Phone" platforması üçün yeni xidmət üzərinə işləyir.

"Android" platforması üçün səsli zəng xidmətini işə salan WhatsApp artıq "Windows Phone" istifadəçiləri üçün də bu funksiyanı təqdim edəcək.

Mətbuata sızan görüntülərdən "Windows Phone" platforması üçün yeni zəngli səs xüsusiyyətinin hazırlandığı məlum olub.

Qeyd edək ki, WhatsApp istifadəçilərinin sayını artırmaq üçün yeniliklər etməkdə davam edir. WhatsApp-ın qurucusu Jan Koum Facebook səhifəsindən mesajlaşma proqramının 800 milyon aylıq aktiv istifadəçi olduğunu açıqlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.