Texnologiya

Milyonların sirrin oğurlayırlar

18 Aprel 2015 21:35
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dohada (Qətər) Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü Konqres işini davam etdirir. İştirakçılar xüsusi tədbir çərçivəsində kibercinayətkarlıqla mübarizə məsələsini müzakirə ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hər il milyonlarla insan internetdə kredit kartları və digər fərdi məlumatların oğurlanmasının qurbanı olur. Bu növ cinayətdən dəyən iqtisadi ziyanın illik məbləği 100 milyard dollara çatır.

Həmçinin qeyd olunub ki, hazırda dünyada təxminən üç milyard internet istifadəçisi var. Onların əksəriyyəti onlayn çıxışı genişzolaqlı mobil sistemlər vasitəsilə əldə edir. İnternet və kompüter texnologiyalarından istifadə edən insanların sayının sürətlə artması cinayətkarlıq fəaliyyəti üçün yeni imkanlar açıb.

Konfrans iştirakçıları vurğulayıblar ki, internet yarandığı ilk illərdə anonim xarakter daşıyıb, ayrı-ayrı şəxslər səviyyəsində onlayn fəallığın izlənilməsi üçün texniki imkanlar mövcud olmayıb. Lakin son illər cinayət axtarış sistemi əməkdaşları üçün İP ünvanlar və bağlantı jurnalları kimi anlayışlar adiləşib. Bunun nəticəsində müstəntiqlər internet istifadəçilərinin buraxdığı elektron izlərdən daha çox yararlanmağa başlayıb. Amma problem ondan ibarətdir ki, texnologiyalar durmadan inkişaf edir və kibercinayətlərin təhqiqatı zamanı yeni problemlər meydana çıxır.

Onion routing marşrutlayıcısı (kompüter şəbəkəsi ilə anonim məlumat mübadiləsi texnologiyası) kimi xidmətlər elektron məlumatların mənbəyinin, eləcə də gizli xidmətlər göstərən saytların identifikasiyasının müəyyənləşdirməsini çətinləşdirir. Onlardan narkotik, silah və ya uşaq pornoqrafiyasının satışı üçün qeyri-qanuni onlayn bazarların yaradılması üçün istifadə olunur.

Tədbir zamanı çıxış edən Microsoft korporasiyasının rəqəmli cinayətlərlə mübarizə şöbəsinin əməkdaşı Deyl Uotermen bildirib ki, cinayətkarlığın qarşısı yalnız birgə səylər nəticəsində alına bilər, çünki kibercinayətkarlıqla bağlı hadisələrin 70 faizi transmilli xarakterlidir.

Özəl şirkətlər və ictimai sektor arasında tərəfdaşlıq möhkəmləndirilməlidir. Heç bir təşkilat böyüklüyündən asılı olmayaraq internetdə cinayətkarlıq problemini təkbaşına həll edə bilməz. Bu səbəbdən korporasiya hüquq-mühafizə orqanları, banklar, internet xidmətləri provayderləri ilə əməkdaşlıq edir, - D.Uotermen qeyd edib.

BMT tərəfindən konqres iştirakçılarına ünvanlanan məruzədə 13 internet forumunda aparılmış məlumatların təhlili barədə məlumat verilir. Təhlildən məlum olub ki, oğurlanan bank kartları haqqında məlumatların siyahısı onlayn rejimdə 100 dollara təklif olunur, kredit kartları skaneri kimi qadağan olunmuş qurğular 2400 dollara satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.