Texnologiya

Dırnaq siçanı əvəzləyəcək

18 Aprel 2015 22:35
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları barmağa taxılan kiçikölçülü simsiz trekpad hazırlayıb.

NailO adlı prototip taxma dırnaqlara çox oxşardır. Qurğu əlin baş barmağına bərkidilir və şəhadət barmağının səth üzrə hərəkəti hesabına idarə olunur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, NailO taxma dırnaq şəklində hazırlanmış və informasiyanın daxil edilməsi üçün nəzərdə tutulmuş daşınan qurğudur. Kiçikölçülü trekpad mobil qurğuya qoşulur.

NailO qurğusu jestlərin köməyi ilə telefon və ya fərdi kompüterdə müxtəlif hərəkətləri yerinə yetirməyə imkan verir və çıxarılıb taxılan qoymalar sayəsində istifadəçi asanlıqla qurğunun görünüşünü dəyişdirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.