Texnologiya

Kasperski Sinqapura da çatdı

18 Aprel 2015 19:40
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kasperski laboratoriyasının Sinqapurda açılan yeni ofisi şirkətin dünyada sayca 34-cü nümayəndəliyi olub. Hazırda şirkətin ofisləri beş qitənin 30-dan çox ölkəsində fəaliyyət göstərir. Bu barədə şirkətin məlumatında deyilir.

Yeni ofis şirkətin Sinqapurda inkişafına xidmət edəcək, eləcə də gələcəkdə bölmələrdə tədqiqat və işləmələr mərkəzləri açılacaq. Nümayəndəliyin həmçinin Kasperski laboratoriyasının Sakit okean regionunda mənzil-qərargahı rolunu oynayacağı nəzərdə tutulur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Sinqapur Sakit okean regionunun Asiya hissəsinin işgüzar mərkəzi olması üçün seçilib. Bununla yanaşı, ölkədə şirkətin sıx əməkdaşlıq etdiyi İnterpolun qlobal innovasiya mərkəzi yerləşir. Kasperski laboratoriyasının mütəxəssislərindən biri artıq İnterpol kompleksinin bazasında çalışır. Bu yaxınlarda ona həmkarları - Sinqapurda tədqiqat qrupunun üzvləri olacaq təhlükəsizlik üzrə digər aparıcı ekspertlər qoşulacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.