Texnologiya

Facebook pulsuz internet paylayacaq

18 Aprel 2015 20:40
0 Şərh     Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq Avropanı pulsuz internetlə təmin etmək qərarına gəlib.

Avropanı internetə pulsuz çıxışla təmin edəcəyini deyən M.Sukerberq hazırda bu təşəbbüsün həyata keçirilməsinə imkan verən texnologiyaların yaranmasını bildirib, həmçinin reallaşdırılan Internet.org layihəsini vurğulayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu məqsədlə şirkət yaradıcısı layihə üzərində həftədə 50-60 saat işləyir. Onun sözlərinə görə, dünya sahibkarlarının üçdə iki hissəsi kasıb ölkələrdə yaşamasına görə internetə çıxış imkanından məhrumdur.

Layihə bir sıra üstünlüklərə malikdir. Məsələn, təşəbbüs sayəsində təhsil, tibbi informasiya, iş yerlərinə və s. çıxış mümkün olacaq, - o vurğulayıb.

Internet.org layihəsinə artıq Hindistan, Qana, Zambiya, Keniya, Kolumbiya və Tanzaniya qoşulub.

Məlumat üçün bildirək ki, Internet.org adlanan layihədə Samsung Electronics, Qualcomm, Ericsson, Nokia, MediaTek və Opera Software sirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.

İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. Interget.org bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək, - M.Sukerberq bildirib.

Sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.