Texnologiya

Azərbaycanda ilk dəfə olaraq yeməklərin hava yolu ilə çatdırılması!

1 Aprel 2015 12:00
Baxış: 8 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakımızda yaşayan pandadan xəbəriniz varmı? Şəhər sakinlərini şirinliyi və istiliyi ilə özünə cəlb edən pandadan?

Pandanın qərargahı olan onlayn platforma www.foodpanda.az həmişə sizin köməyinizə gəlməyə hazırdır. Pandanın valideynləri Berlində yerləşən qərargahda yaşayırlar. Bacı və qardaşları isə dünyanın 40-dan çox ölkəsində məskunlaşmışlar.

Pandanın olduğu hər bir yerdə siz, sayta daxil olmaqla, istənilən yeməyi təklif edilən restoranlardan sifariş edə bilərsiniz.

İndi isə hamını heyrətə gətirəcək şok bir xəbər! Azərbaycanda bu yeniliyi hələ heç kim etməmişdir! foodpanda yeni çatdırılma üsulunu təklif edir. İndi sifarişlər pilotsuz uçan avadanlıqlar olan - dronlar vasitəsi ilə həyata keçiriləcəkdir!

Şüarımız hər şeyi bizim yerimizə deyir - sürətli, asan və rahat! Bunu sübut edən daha bir amil. foodpandadan təklif olunan pilot layihəsi, qida çatdırılmasında ən effektli və əlverişli metoddur.

İdarəçi rəhbər Marko Yukic sevinərək qeyd edir ki: "foodpandanın tədqiqat şöbəsi uzun müddət bu layihə üzərində çalışırdı. Nəhayət ki , böyük əzmkarlıqdan və səylərdən sonra biz istədiyimiz nəaliyyəti əldə edə bildik. Azərbaycan - inkişaf etmiş və günü-gündən texniki tərəqqilərə qucaq açan ölkələrdən biridir. Əhalisi baş verən texniki yenilikləri, innovasiyaları asanlıqla mənimsəyir. Məhz bu səbəbdən ilk dronları quraşdırdığımız ölkə Azərbaycan oldu. Biz gələcəyi öncədən görməyə can ataraq, real və gündəlik həyatda olan mürəkkəb problemlərin asan yol ilə həllini tapmağa çalışırıq. Bunun üçün də istifadəçilərimizin rahatlığını təmin edə biləcək innovativ texnologiyalar və eyni zamanda yeni mühit axtarışındayıq! Bu, layihəmizin bir hissəsi olmaq üçün sizə təklif olunan çox gözəl imkandır"!

Bu necə baş verəcək ?

Əslində hər şey göründüyündən qat-qat asandır! İlk baxışdan bu mümkünsüz görünür... Lakin... Biz XXI əsrin nümayəndələriyik! Əminik ki, bundan belə foodpandada baş verən qeyri-adi innovativ yeniliklər barədə eşitsəniz, təəccüblənməyəcəksiniz!

Foodpandanın əməkdaşlıq etdiyi hər bir restorana dronlar quraşdırılacaq və sifarişiniz hazır olduğu andan dərhal sonra sizin görüşünüzə göndəriləcəkdir!

Dron havaya dörd pərin köməkliyi ilə qalxır. İdarəetmə, xüsusi pult vasitəsi ilə həyata keçirilir. Dron bir neçə hərəkəti yerinə yetirmək imkanına malikdir: dönmə, yerində dönmə, havada sallaq vəziyyətdə qalma və yerə. Bütün bunlar Azərbaycanda foodpandanın sayəsində mümkündür.

İndi sizin yeməkləriniz www.foodpanda.az sayəsində ünvanınıza siz təsəvvür etdiyinizdən də tez, uçaraq gələcəkdir!

Həmçinin siz telefonlarınıza foodpanda mobil proqramını yükləməklə bizə daha yaxın ola bilərsiniz. Eyni zamanda gündəlik məlumatlar, hadisələr və baş verən innovativ yeniliklər haqqında ətraflı məlumat almaq üçün foodpanda bloquna üzv ola bilərsiniz.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.