Texnologiya

Alibaba rəqəmsal yayına başlayır

1 Aprel 2015 19:57
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almaniyanın BMG şirkəti rəqəmsal musiqi yayım üzrə Çinin və dünyanın ən böyük e-ticarət şirkəti Alibaba Group Holding Ltd ilə müqavilə bağlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətın nümayəndəsi bildirib ki, müqavilə Alibaba şirkətinə 2,5 milyon müəllif hüququ gətirəcək, bu siyahıya Kayli Minoq, Rollinq Stouns və Jan Mişel Jare kimi məşhur müğənnilərin mahnıları da daxildir.

Alibaba şirkəti musiqi, film və televiziya ilə onlayn media nəhəngi olmaqda israrlıdır. Şirkətin Çində rəqəmsal məhsul satışlarının potensialı 210 milyard dollar dəyərində qiymətləndirilir, halbuki, ölkənin rəqəmsal istifadəçiləri media kontent üçün pul vermirlər.

Bertelsmann AG Avropanın ən böyük media kompaniyası öz bəyanatında bildirib ki, Alibaba Digital Entertainment BMG yazıçı və artistlərin, eləcə də BMG müştərilərin hüquqlarını pozan mobil servisləri izləyərək qarşılıqlı tədbirlər görməyə kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.