Texnologiya

Sharp Günəşdən əl çəkməyib

1 Aprel 2015 22:48
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sharp Corp şirkəti Sakai zavodundakı günəş enerjisi üzərində işləyən məhsulların istehsalına davam edəcəyini və bu biznesin satılması haqda yayılan məlumatların yanlış olduğunu bildirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bunu müsahibələrindən birində Sharp şirkətinin enerji sisteminin həll edilməsi üzrə işlərin rəhbəri Kazuşi Mukayi bəyan edib.

Sharp şirkəti 2012-ci ildən etibarən banklarla danışıqlar aparır və banklar radikal dəyişikliklər etməyi və ya qeyri-rentabel biznesdən çıxmağı tövsiyə edirlər.

Sharp şirkəti Yaponiyada ev tikintisinin zəif getməsi və Çindən olan rəqiblərinin məhsullarının aşağı qiymətdə olmasının bu biznesi aparmağa maneə törətdiyini bildirib və bununla yanaşı, TV və LCD displeylərin satışında azalmaların olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.