Texnologiya

Apple ağıllı saatlarını təqdim edəcək

2 Mart 2015 09:38
0 Şərh     Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkəti martın 9-da San-Fransiskoda "ağıllı saatlarını" təqdim etməyə hazırlaşır.

Milli.Az Rusiya KİV-ə istindən bildirir ki, Apple Watch məhsulları aprel ayında satışa çıxarılacaq. Məhsulun 349 dollar olacağı qeyd olunur. Hələ ki, dəqiqləşdirilməmiş məlumatlara görə, bu qiymətə olan saatların korpusu alüminium olacaq. Paslanmayan poladdan hazırlanmış saat isə 500 dollara satılacaq. Qızıldan olan Apple Watch Edition məhsulları isə 20 min dollara satılacaq.

Məhsulun təqdimatı ilə yanaşı, iOS əməliyyat sisteminin 8.2 versiyasına qədər yenilənəcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.