Texnologiya

Facebook hakerləri mükafatlandırıb

1 Mart 2015 20:56
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
65 ölkədən 321 mütəxəssis mükafatlandırılıb. Ən böyük mükafat almış beş haker ümumilikdə 256 min dollar qazanıb.

Facebook şirkətinin press-relizinə əsasən, sosial şəbəkəyə boşluqlar haqda ən çox sorğu Hindistandan (196 uğurlu müdaxilə) olub. İlk üçlükdə Misir hakerləri (81) və amerikalılar (61) yer alıblar. Britaniyalılar sosial şəbəkədə 28 boşluq taparaq orta hesabla 2700 dollar qazanıblar. Filippinli hakerlər 27 uğurlu müdaxilə ilə yadda qalıblar. Ancaq onların mükafatı 29500 dollar təşkil edib ki, bu da istifadəçi məlumatlarının təhlükəsizliyi sahəsində daha ciddi boşluqların aşkar edilməsindən xəbər verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə Facebook aşkar edilmiş boşluqlar haqda 17 min sorğu alıb. Bu göstərici ötən illə müqayisədə 16 faiz daha yüksəkdir. İl ərzində iştirakçılar tərəfindən tapılmış son dərəcə ciddi boşluqların sayı 49 faiz yüksəlib.

ICTnews elektron xəbər xidməti dni.ru saytına istinadən bildirir ki, sosial şəbəkə tərəfindən aşkar edilmiş boşluqlara görə mükafatlandırma proqramı 2011-ci ildə istifadəyə verilib. Proqram haker hücumlarına qarşı müdafiənin gücləndirilməsi üçün nəzərdə tutulub. 2011-ci ildən etibarən Facebook aşkar edilmiş boşluqlara görə 3 milyon dollar ödəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.