Texnologiya

Google-dan: 2 ilə 1 milyon avropalı üçün...

1 Mart 2015 17:25
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Google şirkəti iki il ərzində bir milyon avropalıya rəqəmli bacarıqlar öyrətməyi planlaşdırır. İnternet nəhəngi Avropa biznesinə dəyişiklik edərək qitədə iki bölməni birləşdirəcək. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni biznesə məsul Londonda fəaliyyət göstərəcək Metti Brittin olacaq. Onun sözlərinə görə, vahid struktur şirkətə yerli şəraitə və imkanlara daha yaxşı reaksiya verməyə şərait yaradacaq. 

Şirkət həmçinin yeni təşəbbüslərlə çıxış etməyi düşünür. Cümə axşamı M.Brittin Brüsseldə Googleun iki il ərzində bir milyon avropalıya rəqəmli bacarıqlar öyrətməyi öz öhdəsinə götürməsini bəyan edəcək. Bundan əlavə, şirkət nümayəndələri Googleun vahid rəqəmli bazarın yaradılması üzrə planları dəstəkləməsini açıqlayacaqlar. Söhbət Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin əsas təklifindən gedir. 

M.Brittin sözlərinə görə, dəyişikliklər rəqabət təzyiqinə cavabdır. Şirkət nümayəndəsi əlavə edib ki, bu yaxınlarda o nəşriyyatçılarla söhbət edib. Çoxları trafikin əsas hissəsini Googledan deyil, Facebook və ya Twitter şəbəkələrindən alır. Biz dinamika və rəqabətin artdığı dünyada yaşayırıq, - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.