Texnologiya

Hansı televizorlar daha tez xarab olur?

31 Yanvar 2015 18:31
0 Şərh     Baxış: 1 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Regional TV (Region TV) xəbər verir ki,  indiki dövrdə mağazaların piştaxtaları müxtəlif ölçülü və funksiyalı müasir televizorlarla zəngindir. Amma evlərində köhnə televizorları işlədənlər də az deyil. Xarab olmaq xüsusiyyəti isə həm müasir, həm də köhnə televizorlara xasdır. Televizor təmiri ilə məşğul olan şəxslər deyirlər ki, köhnə  televizorları təmir etmək daha asan idi. Yeni model cihazlarda isə vəziyyət fərqlidir. Onlar daha həssasdır.

Yeni buraxılış televizorların bir çox üstünlüyü var. Onlarda görüntü daha aydın, səs daha təmiz çıxır. Bundan başqa, belə televizorlar rəqəmsal yayım formatını dəstəkləyir. Rəqəmsal yayımdan söz düşmüşkən, artıq əksər yerli telekanallar bu yayım formatına keçib. Təəssüf ki, köhnə model televizorlar rəqəmsal siqnalları qəbul edə bilmir. Bunun üçün onlara xüsusi cihaz qoşulmalıdır.

Xatırladaq ki, dünəndən etibarən Regional TV də rəqəmsal yayıma keçib. Bundan sonra televiziyanın tamaşaçıları onu 43 və 49-cu kanallarda izləyə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.