Texnologiya

Məxfi kodlar tələb olunur

31 Yanvar 2015 22:22
0 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
The New York Times nəşrindəki materiala əsasən, Çin hakimiyyəti ölkə banklarına kompüter avadanlığının satışı ilə məşğul olan xarici şirkətləri məxfi proqram kodlarını açmağa məcbur etmək niyyətindədir.

Qəzet yazır ki, nəticədə Apple daxil olmaqla ABŞ-ın ən böyük şirkətləri zərərə məruz qala bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ilin sonunda təsdiq edilmiş hansısa hökumət sənədinə istinadən ABŞ qəzeti yazır ki, 2019-cu ilə rəsmi Pekin Çinin maliyyə təşkilatları tərəfindən istifadə edilən texnologiya məhsulunun 75 faizi üzərində nəzarəti ələ keçirməyə hazırlaşır.

Çin hakimiyyətinin qəbul etdiyi normativ-hüquqi aktlara əsasən, sahibkarlar yalnız proqram kodunu deyil, həm də proqram və aparat təminatına bekdor tətbiq etməlidir, həmçinin onlar əsaslı auditor yoxlamasından keçməli olacaq.

Yeni qanunvericiliyə əsasən, gələcəkdə Çin bazarında qalmağı planlaşdıran müəssisələr sözügedən ölkənin ərazisində elmi tədqiqat mərkəzləri tikməli və kompüter avadanlığına xidmət göstərən əməkdaşları üçün icazə almalı olacaq. Şirkətlər, həmçinin Çin hakimiyyətinə kompüterlər tərəfindən emal edilən məlumatların monitorinqini həyata keçirməyə imkan verən portlara çıxış imkanı verməlidir.

Yeni qaydalar xarici şirkətlərdə böyük narahatlıq doğurub və onlar ehtiyat edir ki, Çin bu yolla onları ölkədən çıxarmaq istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.