Texnologiya

Stiv Cobs onun qəhrəmanıdır

28 Yanvar 2015 19:57
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple və Googleun mobil bazardakı barışmaz mübarizəsinə baxmayaraq, internet nəhənginin direktorlar şurasının sədri və keçmiş baş direktoru Erik Şmidt öz rəqibinə simpatiyasını etiraf etməkdən çəkinmir. O, Khan Academy konfransında Appleın həmtəsisçisi Stiv Cobsu öz qəhrəmanı adlandırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, İT sahəsindəki kumiri haqda suala Erik Şmidtin cavabı çox qısa olub: Stiv Cobs.

Hər iki şirkətin mobil bazardakı amansız rəqabətinə baxmayaraq, Stiv Cobs və Erik Şmidt uzun illər dost münasibətlərini qoruyub saxlayıblar.

2006-cı ildə Şmidt Appleın direktorlar şurasına daxil olub. Ancaq alma imperiyası ilə Google arasında mübarizə başlanan kimi Şmidt bu vəzifəni tərk etməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.