Texnologiya

Twitter-də video dövrü başlanır

28 Yanvar 2015 18:58
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Twitter mikrobloqlar xidməti öz mobil tətbiqlərində çarxların çəkilməsi və dərc edilməsi funksiyasını istifadəyə verib. Bu haqda Twitterin korporativ bloqunda yazılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, indiyədək Twitterdə video dərc etmək üçün onu kənar resursda və istinadı tvit kimi yerləşdirmək tələb olunurdu. Bundan başqa, Twitter ayrıca Vine qısamüddətli videoçarx xidmətinə malikdir.

Twitter xidmətinin iOS və Android üçün mobil tətbiqlərində istifadəçi tvit yaradarkən xidmətdə yeni fotoşəkil yerləşdirmək üçün fotoaparatın ikonkasına sıxa bilər. İndi kamera rejimində video çəkilişinə keçmək nişanı mövcuddur. İstifadəçi 30 saniyəlik çarxları dərc edə bilər. iPhone sahibləri, həmçinin əvvəllər yazılmış videoları xidmətə yükləyə biləcək, Twitter gələcəkdə Android smartfonlar üçün müvafiq funksiya söz verib.

Xəbər lentində çarxın önbaxışı göstəriləcək. İstifadəçi bir kliklə çarxı işə sala bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.