Texnologiya

Facebook daha bir yeniliyi sınayır

27 Yanvar 2015 20:15
0 Şərh     Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Facebook sosial şəbəkəsi ucuz Android smartfonlar üçün saytın sadə versiyası olan Facebook Lite mobil tətbiqini sınaqdan keçirir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda sözügedən mobil tətbiq Banqladeş, Vyetnam, Zimbabve, Nepal, Nigeriya, Sudan, Şri-Lanka və CAR-da əlçatandır. Sınaqlar uğurlu olduğu halda, mobil tətbiq başqa ölkələrdə də əlçatan olacaq. Bu tətbiq Android platforması ilə işləyən köhnə və ucuz smartfonlar, həmçinin 2G rabitəsinə və ya sadəcə zəif qoşulmaya malik istifadəçilər üçün nəzərdə tutulub.

Belə mobil tətbiqin çıxarılması əsas rabitə vasitəsi smartfon və mobil platformalardan istifadə olunan inkişaf etməkdə olan ölkələrin bazarında Facebookun öz mövqeyini gücləndirmək istəyinə sübutdur. 2014-cü ilin üçüncü rübündə Hindistan ən sürətlə inkişaf edən smartfon bazarı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.