Texnologiya

Facebook problemin səbəbini açıqladı - YENİLƏNİB - FOTO

27 Yanvar 2015 16:45
2 Şərh     Baxış: 4 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:45

"Facebook" sosial şəbəkəsi bu gün işində baş vermiş nasazlığın haker hücumu üzündən deyil, mühəndislərin səhvindən baş verdiyini bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
 

Sosial şəbəkənin nümayəndəsi BBC telekanalına deyib: "Nasazlıq kənar müdaxilələr nəticəsində deyil, bizim konfiqurasiya sistemlərimizə təsir edən dəyişiklikləri tətbiq etdiyimizə görə baş verib. Biz problemi həll etmək üçün cəld hərəkət etdik və hər iki servisimiz ("Facebook" və "Instagram") yenidən hamı üçün 100 faiz əlçatandır".
 

Bundan əvvəl "Malaysia Airlines" aviaşirkətinin saytına müdaxilə etmiş və "İslam Dövləti" terrorçu qruplaşması ilə əlaqəsi olduğu güman edilən "Lizard Squad" qruplaşmasının hakerləri "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də digərlərinin işini pozmağa nail olduqlarını bəyan etmişdilər.


--------
12:02


Facebook və İnstagram-ın fəaliyyətində yaranmış problemlərin səbəbinin "Lizard Squad" haker qruplaşmasının hücumları olduğu bildirilir.

Qrup sosial şəbəkələrə hücumlar təşkil edərək Facebook-la İnstagram-da milyonlarla akkauntu sıradan çıxardığını, təxminən 43 dəqiqə ərzində həmin sosial şəbəkələrin fəaliyyətini "iflic" etdiyini bildirib.

Milli.Az Gizmodo-ya istinadən bildirir ki, "Lizard Squad" qruplaşması Facebook və İnstagram-la yanaşı, AİM, AOL Instant Messenger, Hipchat, Tinder və MySpace-ə də hücumlar edib.

Bu qruplaşma ötən ay Malaysia Airlines, Sony və Xbox Live-ın rəsmi saytları ilə yanaşı, elektron poçt xidmətlərini dağıtmışdı.

Facebook və İnstagram-ın texniki servisləri olayın səbəbləri ilə bağlı heç bir açıqlama verməyiblər.

---------
11:07

Facebook istifadəçilərinə şad xəbər.

Milli.Az bildirir ki, Facebook sosial şəbəkəsinin fəaliyyəti bərpa olundu.

--------
10:58

"Facebook"da baş verən problem Azərbaycanla əlaqəli deyil".

Bunu anspress-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib.

O bildirib ki, sosial şəbəkənin və "İntagram"ın işləməməsi ölkədaxili problemdən qaynaqlanmır. Nazirlik rəsmisi problemin şirkətlə əlaqəli olduğunu qeyd edib.

Qeyd edək ki, "Facebook" və "İnstagram" sosial şəbəkəsinə girişdə problem yaranıb.

Anspress-in "qaynar-xətti"nə müraciət edən oxucular sosial şəbəkələrdən istifadə edə bilmədiklərini deyirlər.

Sosial şəbəkələrdə texniki problemin saat 10:15-dən etibarən başladığı deyilir. İlkin ehtimal kimi Facebook-a kiber hücüm həyata keçirildiyi güman edilir.

Qeyd edək ki, "Facebook" və "İnstagram" bir şirkətin tərkibində yer alır.

----------
10:27

Milli.Az bildirir ki, təxminən 10 dəqiqədir ki, azərbaycanlı istifadəçilər Facebook sosial şəbəkəsinə daxil ola bilmirlər.

Milli.Az

---------
12:02

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.