Texnologiya

Hamilələrə olmaz!

16 Yanvar 2015 10:15
1 Şərh     Baxış: 3 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hamilələrin evində Wi-Fi olmamalıdır

"Forbes" jurnalı internet və cib telefonları ilə bağlı yeni bir araşdırma yayımlayıb. Araşdırmaya görə, xərçəngə səbəb olan 250 maddə arasında televizor, radio, mikrodalğalı soba, cib telefonu və kabelsiz internet (Wi-Fi) yer alır. Musavat.com-un verdiyi xəbərə görə, alimlər məsləhət görürlər ki, uşaqları mümkün qədər bu dalğalardan qorumaq lazımdır. Elektromaqnit dalğalara uzun müddət məruz qalan insanlarda xərçəng riski artır, başqa xəstəliklər yaranır. İnsanların məruz qaldığı elektromaqnit dalğaların xərçəngə keçmə dövrü isə 30 il və daha çox hesablanır.

"Wi-Fi bizi yavaş-yavaş öldürürmü" başlıqlı məqalə yazan alim Mark Gibbsin fikrincə, 50-100 il sonra dönüb geriyə baxanda cib telefonu və kabelsiz internetin insanlıq tarixinin ən böyük sağlıq krizinə səbəb olmasına təəccüblənə bilərik. Riskin ən yüksək olduğu dönəm isə körpənin hələ ana bətnində olduğu dönəmdir. Hamilələrin evində Wi-Fi olmamalı, cib telefonu isə onlardan uzaqda olmalıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.