Texnologiya

BMW yeni sistem göstərəcək

21 Dekabr 2014 18:58
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hazırda bir çox istehsalçılar avtomobillərin elektron tərkibinə, o cümlədən sürücüsüz maşının idarəetməsi sistemlərinə xüsusi diqqət yetirirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Almaniyanın BMW avtokonserni rəsmi şəkildə CES 2015 sərgisi çərçivəsində Remote Valet Parking Assistant adlı sistemi nümayiş edəcəyini elan edib. Bu sistem problemsiz maşını parketmə üçün lazım olan yeri, hətta çoxmərtəbəli qarajda tapmağa imkan verir və ən təhlükəsiz marşrutu seçir.

Avtoparketmə sisteminin işi haqda təfərrüatlar o qədər də çox deyil, yalnız o məlumdur ki, o Las-Veqasda BMW i3 modeli üzərində nümunə kimi göstəriləcək. Sistemə ətraf mühiti müayinə etməyə, ətrafdakı obyektləri və əngəlləri eyniləşdirməyə kömək edən dörd lazer skaneri daxildir.

Maraqlısı odur ki, sistemi avtomobilə sürücünün iştirakı olmadan sərbəst parketmə yeri tapmağa imkan verən smart-saatlar vasitəsilə aktivləşdirmək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.