Texnologiya

Kompüter bazarı canlanır

27 Noyabr 2014 21:37
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
International Data Corporation (IDC) tədqiqat şirkəti cari il üçün qlobal fərdi kompüter (FK) bazarı üzrə proqnozunu yüksəldib.

Analitiklər bildiriblər ki, masaüstü və noutbuklara tələbatla bağlı vəziyyət istehsalçılar üçün gərgin olaraq qalır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ilin nəticəsinə görə, IDC əməkdaşları qlobal FK buraxılışını 306,7 milyon səviyyəsində hesablayıblar ki, bu da ötən illə müqayisədə 2,7% daha azdır. Ekspertlər bundan əvvəl tədarüklərin həcminin 3,7% səviyyəsində olacağını gözləyiblər.

Mütəxəssislər bildiriblər ki, 2014-cü ilin üçüncü rübündə şirkətlərin tədarük etdiyi kompüterlərin həcmi ötən illə müqayisədə 0,5% azdır. Ancaq regional bazar və əksər brendlər üçün FK satışları ilə bağlı vəziyyətin yaxşılaşması yalnız qısamüddətli haldır, orta və ya uzunmüddətli perspektivdə tələbatın bərpasından xəbər vermir.

İnkişaf etmiş regionlarda noutbuk və masaüstü FK-in satış həcmi daha aktiv artır.

Analitiklər deyiblər ki, 2014-cü ilin iyul-sentyabrında Qərbi Avropa və Yaponiya gözləniləndən daha yüksək göstəricilər nümayiş etdiriblər. Ancaq bu yüksəliş Microsoft korporasiyası tərəfindən Windows XP dəstəyinin dayandırılması və yeni il qabağı elektronika satışlarının bumu kimi müvəqqəti amillərlə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.