Texnologiya

Google-dan xəstələr üçün xüsusi qaşıq

26 Noyabr 2014 21:55
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Google şirkəti parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün ağıllı qaşıq (Liftware Spoon) satışlara start verib. Cihaz bu xəstəlikdən əziyyət çəkən xəstələrin əl əzələlərinin güclü titrəməsinə baxmayaraq, onlara qidanı sərbəst qəbul etməyə imkan verəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun quraşdırılması ilə innovativ tibbi avadanlıq üzrə Lift Labs şirkətinin mühəndisləri məşğul olur. Google bu şirkəti sentyabrda satın alıb. Lift Labs şirkətindən bildirilib ki, qidanın qəbulu zamanı xüsusi qulp sayəsində qaşığın titrəməsi 76% azalır.

Mənim xəstələrimin bəziləri sərbəst qidalana bilmir və onlara kömək etmək lazımdır, indi yeni cihaz olduğu halda onlar sərbəst qidalana biləcək - San-Fransiskoda Kaliforniya Universitetinin nevroloqu Cill Ostrem deyib. - Cihaz diaqnoza təsir etməyəcək, amma xəstələrin sərbəst qidalanmasına kömək edəcək.

Belə qaşığın qiyməti 295 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.