Texnologiya

Bitcon-u finlər pul saydılar

22 Noyabr 2014 21:16
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Finlandiya Mərkəzi Vergilər Şurası Bitcoin kriptovalyutasını maliyyə xidməti kimi tanıyıb. Müvafiq qərarda qeyd olunur ki, Bitcoin ilə aparılan əməliyyatlar bank xidmətləri kimi təsnif edilir və onlardan əlavə dəyər vergisi tutulmur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qərar məhkəmənin kriptovalyutanı ödəniş aləti kimi təsnif edərək Finlandiyanın ona münasibətini müəyyənləşdirdikdən sonra qəbul edilib. Ölkənin rəqəmli valyutaya münasibəti Bitcoin-u əmtəə hesab edən Avropanın digər ölkələrinin qanunvericiliyindən fərqlənir.

Lakin Skandinaviya ölkəsi belə yanaşma nümayiş etdirən yeganə ölkə deyil. Belə ki, Belçika Federal Dövlət Maliyyə Xidməti sentyabrda analoji qərar çıxarıb.

Ekspertlərin sözlərinə görə, Finlandiya Bitcoin-u ödəniş aləti kimi tanımaqla kriptovalyutanın formal valyuta forması hesab edilməsinə yaxınlaşıb. Lakin eyni zamanda Avropa Mərkəzi Bankı qərarı Avropa İttifaqının maliyyə tənzimləmə prinsipləri ilə ziddiyyət təşkil etməsi səbəbindən alqışlamır.

Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.