Texnologiya

İnternetin yeni qaydası təsdiqləndi

23 Noyabr 2014 20:56
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Internet Corporation for Assigned Names and Numbers (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası domen adları ilə bağlı mübahisələrə baxılma üçün vahid qaydalara (Uniform Domain-Name Dispute-Resolution Policy/UDRP) əlavələri təsdiq edib.

Tətbiq edilən dəyişikliklər UDRP araşdırması çərçivəsində şikayət obyektinə çevrilən domenlərin blok edilməsinə aiddir. Əvvəllər bloklama anlayışının qaydalarda ətraflı izah olunmaması domen adları qeydiyyatçılarına (cybersquatters) məlum cyberflight praktikasına əl atmağa imkan verib. Qeydiyyatçılara qarşı şikayət verilən zaman onlar mübahisəli domeni asanlıqla digər domen qeydiyyatçısına keçirərək ondan uzun müddət istifadə edə bilirdilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qəbul edilən dəyişikliklər bu boşluqları aradan qaldırır. İndi domenin UDRP araşdırması obyekti olması barədə bildiriş alan qeydiyyatçı iki iş günü ərzində domenin köçürülməsini, təkrar qeydiyyatını, eləcə də qeydiyyatdan keçən haqqında məlumatların dəyişdirilməsini istisna edən tədbirlər görməlidir. Həm şikayət edənin, həm də qeydiyyatçının qeydiyyatdan keçmək istəyəni araşdırmanın aparılması barədə məlumatlandırmaması əhəmiyyət kəsb edir. Qeydiyyatçılara bunu etmək isə ümumiyyətlə, qadağandır. Beləliklə, potensial cybersquatters ona qarşı görülən tədbirlərdən xəbərsiz olur və cavab tədbirləri görmək imkanından məhrum edilir.

UDRP proseduru çərçivəsində domenə görə şikayət rədd edildikdə, qeydiyyatçı bir iş günü ərzində əvvəllər tətbiq edilən bütün məhdudiyyətləri ləğv etməlidir. Maraqlıdır ki, əksər iri qeydiyyatçılar UDRP araşdırması çərçivəsində obyektə çevrilən domenin blok edilməsi praktikasından ICANN-ın qəbul etdiyi qəraradək istifadə ediblər.

Qəbul edilən dəyişikliklər 31 iyul 2015-ci il tarixindən qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.