Texnologiya

İnternet insanın belini əyir

23 Noyabr 2014 15:27
2 Şərh     Baxış: 1 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
SMS yazan, Facebookda xəbər lentlərini oxuyan və ya Googleda axtarış edənlər başlarını aşağı əyərək boyun fəqərələrini gərginləşdirir.

Nəticədə başın qeyri-təbii vəziyyəti bel sütununa güclü təzyiq göstərir ki, bu da zamanla sağlamlığa bərpaolunmaz zərər vura bilər. Surgical Technology International jurnalında dərc edilmiş məqalədə bu haqda yazılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, böyük insanın başı ayaqüstü vəziyyətdə təxminən orta hesabla 4,5-5.4 kq təşkil edir. Başı aşağı əydikdə boyun fəqərələrinə yüklənmə kəskin artır və 27 kq-a çata bilər. Kompüterdə onurğanın modelini hazırlamış cərrah Kennet Xansrac bu nəticəyə gəlib.

Həkim xəbərdarlıq edib ki, insan başını daha çox aşağı əydikdə boyun fəqərələrində yüklənmə daha güclü olur. Onun hesablamasına görə, başın 15 dərəcə əyilməsi 12,2 kq, 30 dərəcə 18,1 kq, 45 dərəcə isə 22,2 kq ağırlığında yükün çəkisinə bərabərdir.

Xansrac bildirib ki, belə yüksək yüklənmə vaxtından əvvəl problem yarada, hətta onurğaarası disklərin qırılmasına səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.