Texnologiya

Kiberhücumların sayı azalacaq

23 Noyabr 2014 17:03
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnformasiya təhlükəsizliyi (İB) sahəsində həllərin hazırlanması ilə məşğul olan Websense şirkəti istifadəçilərin fərdi kompüter və mobil qurğularına edilən kiberhücumların sayının azalmasını proqnozlaşdırır.

Bununla belə, onlar ehtimal edir ki, fırıldaqçılıq hücumlarının mürəkkəbliyi artaraq daha məqsədyönlü hal alacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər xəbərdarlıq edirlər ki, bir çox mobil tətbiqlər avtomatik giriş sistemlərindən istifadə edir və kibercinayətkarlar istifadəçilərin qeydiyyat məlumatlarının ələ keçirilməsi üçün bundan istifadə edəcəklər.

Kiberhücumların xarakteri dəyişir: şəxsi identifikasiya informasiyasını (Personally Identifiable Information, PII) ələ keçirmiş cinayətkarlar ondan daha sonra istifadə edə bilərlər. Gələcəkdə belə hücumların güclənəcəyi gözlənilir - Websensein satış meneceri Acay Dubey belə deyib.

Ekspertlər, həmçinin səhiyyə sektorunda kiberfırıldaqçıların yüksək aktivliyini gözləyirlər. Çünki ələ keçirilmiş tibbi məlumatlardan müxtəlif hücum və fırıldaqçılıq növləri üçün istifadə mümkündür.

Xəstələr haqda məlumatın rəqəmli formata keçirilməsi ilə əlaqədar tibbi müəssisələrin əksəriyyəti fərdi məlumatların mühafizəsinə daha çox diqqət ayırmağa başlayıb - Websense şirkətinin tədqiqatında yazılıb.

Mütəxəssislər bildiriblər ki, ümumilikdə dünya qlobal kibermüharibənin astanasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.