Texnologiya

Google SMS və MMS üçün proqram hazırlayıb

21 Noyabr 2014 23:20
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Google korporasiyası SMS və MMS mübadiləsi üçün mobil tətbiq istifadəyə verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Messenger adlanan tətbiq bir, eyni zamanda bir neçə istifadəçiyə mesaj göndərməyə imkan verir.

Həmçinin audio, foto və video əlavə etmək imkanı nəzərdə tutulub.

Faylları qurğunun qalereyasından seçmək olar.

Google əlavə olaraq faydalı sazlamalar və çoxlu smaylik olacaına söz verib.

Messenger mobil tətbiqi yeni Material Design üslubunda tərtib olunub, Android əməliyyat sisteminin 4.1 və daha yuxarı versiyası quraşdırılmış qurğularda işləyir. Bu mobil tətbiqi artıq Play Market onlayn mağazasından ödənişsiz yükləmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.