Texnologiya

Aviaşirkətlər üçün 5 min planşet

22 Noyabr 2014 22:14
0 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mədaxil həcminə görə Avropanın nəhəng aviadaşıyıcısı Lufthansa şirkəti Microsoft korporasiyasından 5 min Surface Pro 3 planşet kompüter modelini satın alıb. Pilotlar onlardan 2015-ci ilin birinci rübündən etibarən istifadə etməyə başlayacaqlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Austrian Airlines aviaşirkəti də min ədəd Surface Pro 3 sifariş verib. Hazırda bu saydan olan kompüterlərin 650-si ekipaj üzvlərinin istifadəsindədir.

Hava gəmilərində fərdi planşet kompüterlərlə iş uçuş və qalxma zamanı istifadə edilməyən kağız sənədlərin həcmini xeyli azaltmağa imkan verir. Məsələn, qurğular aeronaviqasiya informasiyasını, uçuşların həyata keçirilməsi üzrə təlimatları, uçuş istismarı üzrə təlimatları, eləcə də sertifikatları, sığortaları, istismar spesifikasiyaları və s. rəqəmli formatda saxlamağa imkan verir.

Planşetlərin faydası 2013-cü ilin sentyabrında əməkdaşları üçün 11 min Microsoft Surface 2 qurğusu alan Delta Airlines aviaşirkətinin pilotları tərəfindən qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.