Texnologiya

Intel Avropolla əməkdaşlıq edəcək

21 Noyabr 2014 21:37
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2010-cu ildən Intel korporasiyasına məxsus olan McAfee şirkəti Avropanın hüquq-mühafizə orqanları ilə kibercinayətkarlıqla mübarizə çərçivəsində əməkdaşlığı gücləndirəcək saziş imzalayıb.

Intel nümayəndələri bildiriblər ki, McAfee və Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 - European Cybercrime Centre) arasında imzalanan memorandum sayəsində tərəflər texniki informasiya və kiberməkanda baş verən cinayətlərlə bağlı məlumat mübadiləsi edə biləcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, EC3 ötən il onlayn fırıldaqçılıq, pedofiliya və İT sistemlərinə hücumlarla mübarizə üçün Avropa İttifaqının (Aİ) əsas infrastrukturunu istifadəyə verib. EC3 rəhbəri Troels Ertinqin sözlərinə görə, Intel əvvəllər də təşkilatla əməkdaşlıq edib.

Kompüter təhlükəsizliyinin təmini üzrə şirkətlər hüquq-mühafizə orqanları ilə qeyri-formal məlumat mübadiləsi çərçivəsində uğurla əməkdaşlıq edirlər. Sahə üzrə ekspertlər tez-tez kibercinayətkar şirkətlər və onlayn cinayətkarların fəaliyyəti ilə bağlı müxtəlif məlumatları qanun keşikçilərinə ötürürlər.

Cinayətkarların saxlanılması yalnız polis tərəfindən həyata keçirilir, lakin cinayətkarın kibercinayəti xaricdə törədə bilməsi ilə əlaqədar olaraq həbs proseduru xeyli çətinləşir. Bəzən cinayətkarın hüquq-mühafizə orqanlarına təhvil verilməsinə bürokratik əngəllər mane olur. Əməkdaşlığın sadələşdirilməsi və cinayətkarların həbs olunması üçün maneələrin aradan qaldırılması məqsədilə 30-dan çox dövlət tərəfindən Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyası ratifikasiya edilib. Bu, hüquq-mühafizə orqanlarının kiberməkanda baş verən cinayətlər sahəsində fəaliyyətini tənzimləyən yeganə beynəlxalq sənəddir.

Məlumat üçün bildirək ki, Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.