Texnologiya

Maqnatlar poçtlarna özləri baxırlar?

23 Noyabr 2014 18:58
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ceff Bezos

Milli.Az ICTnews-a istinadən bildirir ki, Ceff Bezos bir dəfə Wikipedia onlayn ensiklopediyasının yaradıcısı Cimmi Uelsə deyib ki, ona məktub göndərənlər ya 10 dəqiqə sonra cavab alır, ya da heç vaxt cavab almırlar.

Bill Qeyts

Bill Qeyts müsahibələrindən birində deyib ki, ona gündəlik 40-50 məktub göndərilir. O deyib ki, kiçikhəcmli məktubları səhərlər özü cavablandırır, axşamlar isə böyükhəcmli məktublara baxır. Ehtimal ki, digər məktubları onun assistentləri cavablandırır.

Larri Peyc

Elektron poçt qutusunu açdıqda göndərilmiş məktubları yuxarıdan aşağıya cavablandırmağa başlayıram. Baxmadığım məktublar isə cavablandırılmamış qalır. Bəziləri sual göndərdikdən 5 dəqiqə sonra Googleun yaradıcısından cavab aldıqda təəccüblənir.

Stiv Cobs

Raul Quitrez Stiv Cobsla Parisdə tanış olub. Sonralar Raul ona elektron məktub yazıb və Cobs onun hər məktubunu cavablandırıb. Raul məktubu səhərlər göndərdikdə cavab bir neçə gün sonra gəlib. Gecə göndərdikdə isə Cobs ani olaraq cavab verib. Raulun bu məktublara necə vaxt tapması ilə bağlı sualını Cobs belə cavablandırıb: Adi insanlarla ünsiyyət saxlamaq və onların fikrini bilmək mənim üçün vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.