Texnologiya

İnternetdən ən çox harada istifadə olunur? - REYTİNQ

22 Noyabr 2014 19:12
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ildə internet istifadəçilərinin sayı 3 milyardı ötəcək

"Emarketer" analitik şirkətinin araşdırmasına əsasən, 2015-ci ildə internet istifadəçilərinin sayı 6.2% artaraq 3 milyardı ötəcək və ya planetin əhalisinin 42.4%-ni təşkil edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə internet istifadəçilərinin sayının 2.89 milyard olacağı təxmin edilir. Şirkətin qiymətləndirməsinə əsasən, 2018-ci ilədək planet əhalisinin yarısı və ya 3.6 milyard insan ayda ən azı bir dəfə internetə daxil olacaq.

2016-cı ildə Çin internet istifadəçilərinin sayına görə lider olacaq.

"Emarketer"in ölkələr üzrə göstəricilərinə gəldikdə, 700 milyon internet istifadəçisinə malik Çin reytinqdə liderlik edəcək. 283 milyon internet istifadəçisinə malik Hindistan ikinci, ABŞ (264 milyon) isə üçüncü pillədə yerləşəcək.
 

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.