Texnologiya

Dünyanın ən bahalı brendi seçildi

8 Noyabr 2014 21:56
0 Şərh     Baxış: 1 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Forbes jurnalı planetin ən bahalı brendlərinin reytinqini elan edib. Apple korporasiyası birinci yerdə qərarlaşıb.

Apple brendi 124,2 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da ötən illə müqayisədə 19% çoxdur. Ekspertlər 2014-cü ildə şirkət tərəfindən buraxılmış məhsulların sayını nəzərə alıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Forbes jurnalı tərəfindən tərtib edilmiş siyahıda ikinci yerdə brendi 63 milyard dollar məbləğində qiymətləndirilən Microsoft şirkəti yer alıb. 56,6 milyard dollar göstəriciyə malik Google brendi üçüncü olub. Coca-cola (56,1 milyard dollar) dördüncü, IBM (47,9 milyard dolalar) isə beşincidir.

Ən bahalı brendlerin onluğuna, həmçinin McDonald's (39,9 milyard dollar), General Electric (37,1 milyard dollar), Samsung (35 milyard dollar), Toyota (31,5 milyard dollar) və Louis Vuitton (29,9 milyard dollar) daxildir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, Facebook brendi 74% bahalaşaraq 23,7 milyard dollar olub. Nəticədə dünyanın ən böyük sosial şəbəkəsi reytinqdə 18-ci pillədə qərarlaşıb.

Ən bahalı brendlərin siyahısını tərtib edən Forbes analitikləri şirkətin gəliri və son üç il ərzində səhmlərinin dəyərini, həmçinin brendin dünya bazarındakı rolunu əsas götürüblər. Reytinqə 100 brend daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.