Texnologiya

"Instagram" çökdü

31 Oktyabr 2014 09:14
1 Şərh     Baxış: 2 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstifadəçilərin intizarı yarım saat çəkib

Ötən gün gündüz saatlarında mobil fotoşəkil və video paylaşma şəbəkəsi olan "Instagram"da problem yaşanıb.

Anspress-in məlumatına görə, ötən gün 13:00 radələrində "Instagram"da dayanma baş verib. Şəbəkə istifadəçiləri hesablarına girərkən boş bir səhifə ilə qarşılaşıblar.

"Gözlənilmməz sürpriz" "Instagram" istifadəçilərinin heç xoşuna gəlməyib və onlar digər sosial şəbəkə hesablarında problemin nə olduğunu, "instagram"ın çökdüyünü yazıblar.

30 dəqiqə davam edən texniki nasazlıq aradan qaldırılıb. Baş verənlərə hələ ki, şirkətdən hansısa bir açıqlama verilməyib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl isə "Facebook" sosial şəbəkəsində də belə bir problem yaşanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.