Texnologiya

iPod Classic-dən imtina olundu

30 Oktyabr 2014 18:33
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin sentyabrında yeni iPhone smartfonlarının buraxılması 13 il bundan əvvəl buraxılmış iPod Classic multimedia pleyerinin satışlarının dayandırılması ilə müşayiət olunub. Appleın baş direktoru sözügedən məhsuldan imtina səbəbini izah edib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, The Wall Street Journal nəşri tərəfindən təşkil edilmiş WSJD Live konfransında çıxış etmiş Timi Kuk deyib ki, şirkət artıq iPod Classic üçün komponentlər almır, bununla əlaqədar bu cib oxuducusunun istehsalı dayandırılıb.

Biz iPod Classic üçün komponentləri satın ala bilmirik. Artıq onları hazırlamırlar - baş direktor deyib. O bildirib ki, MP3 pleyer almağı arzu edənlər iPod touch satın ala bilər. Bu aparat 64 QB daxili yaddaşla təchiz olunub, halbuki iPod Classic 160 QB tutumunda musiqi məzmunu saxlamağa imkan verir.

Xatırladaq ki, birinci iPod 2001-ci ildə təqdim edilib.

Apple brendinə məxsus pleyerlərin satış həcmi çoxdan azalır. İllik hesablama üzrə iPod pleyerlərinin satış həcmi təxminən 25%, pul baxımından 28% azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.