Texnologiya

Office 16 gələn il buraxılacaq

30 Oktyabr 2014 22:48
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft korporasiyası 2015-ci ilin ikinci yarısında Office 16 ofis paketinin növbəti versiyasını buraxacaq. Bu haqda Microsoftun Office və Office 365 paketinin marketinqi üzrə baş meneceri Culiya Vayta istinadən ZDNet resursu yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Tech Ed Barcelona sərgisində Vayt deyib ki, Office 365 bulud versiyasının mövcudluğuna baxmayaraq, şirkət masaüstü versiyanın buraxılışına davam edəcək. Nəşr belə hesab edir ki, o vaxt artıq əlçatan olacaq Office 365 bulud versiyasının bütün yenilikləri Office 16 paketinə daxil ediləcək.

Mövcud Office 2013 masaüstü versiyası və Office 365 bulud versiyası arasında ödəniş modelində prinsipial fərq var. İstifadəçi avtonom versiya üçün bir dəfə ödəniş edir. Bulud versiya isə istifadəçiyə kirayəyə verilir və o, hər il onun haqqını ödəməlidir, amma fərdi computer və smartfonlar daxil olmaqla beş qurğuya quraşdıra bilər.

2015-ci ilin əvvəlində Apple kompüterləri üçün ofis paketinin yeni versiyası gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.