Texnologiya

Windows 10 jestləri təkmilləşdirir

30 Oktyabr 2014 21:14
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoftun vitse-prezidenti Jo Belfior Windows 10 əməliyyat sisteminin yeni imkanlarını nümayiş edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, o trekpadın istifadəçinin jestlərini effektiv tanımağa kömək edən genişlənmiş funksionalını göstərib. Windows 10 taçpadda müxtəlif jestlərin dəstəklənməsini təkmilləşdirir.

Qeyd edək ki, oxşar funksiya OS X-də var, lakin Microsoft və Apple artıq ilk dəfə deyil ki, bir-birindən uğurlu ideyaları mənimsəyirlər.

Jestlərlə idarəetmədən başqa Windows 10-da multi-monitor konfiqurasiyalar üçün aktiv pəncərələrin idarə edilməsi optimallaşdırılıb, o cümlədən daha effektiv bir neçə monitorda pəncərələrin yan-yana yerləşdirilməsi sistemi bu yaxınlarda Belfiorda keçirilən sərgidə nümayiş etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.