Texnologiya

200 avroluq planşet göstərildi

29 Oktyabr 2014 23:47
0 Şərh     Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ASUS MeMO Pad planşet kompüterinin sıralarına ME103K indeksli yeni qurğu əlavə edilib.

ASUS MeMO Pad 10 (ME103K) adlı model 1280x800 piksel təsvir ölçülü 10.1 düymlük ekran, 1,5 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon S4 Pro 8064 +MDM9215M prosessoru, 1 QB əməli və 32 QB daxili yaddaşla təchiz olunub və Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, rəqəmli məzmunu, həmçinin microSD yaddaş kartlarında və ASUS Webstorage bulud xidmətində saxlamaq olar.

Modeldən asılı olaraq, əsas kameranın təsvir ölçüsü 2 və ya 5 meqapiksel ola bilər və ön kameranın təsvir ölçüsü isə 0,3 meqapiksel təşkil edir.

Bundan başqa, qurğu Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.0 və GPS/QLONASS simsiz rabitə modulları ilə təchiz edilib.

Qurğunun ölçüləri 256x174x9,9 mm, çəkisi 525 qram təşkil edir.

2014-cü ilin noyabrında ASUS MeMO Pad 10 (ME103K) planşeti Avropa bazarında satışa çıxarılacaq. Tayvan istehsalçısı öz qurğusunu 200 avro məbləğində qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.