Texnologiya

Milyarder virusla mübarizəyə 100 milyon dollar ayırdı

26 Oktyabr 2014 12:57
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Microsoft korporasiyasının həmtəsisçilərindən biri milyarder Pol Allen Ebola virusu ilə mübarizəyə 100 milyon dollar ayırıb. Bu barədə iş adamının saytında deyilir.

Onun sözlərinə görə, vəsaitlərdən Qərbi Afrikadan mütəxəssislərin təxliyəsi üçün istifadə olunacaq, eləcə də Massaçusets Texnoloji İnstitutunda mütəxəssislərin hazırlanmasına yönəldiləcək. Amerikalı milyarder dünya ictimaiyyətini təcili epidemiyanın yayılmasının qarşısının alınması üzrə səylərə qoşulmağa çağırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, var-dövlətinin dəyəri 17,1 milyard dollar qiymətləndirilən A.Allen 1975-ci ildə Bill Qeyts ilə birlikdə Microsoft korporasiyasını təsis ediblər.

Bundan əvvəl Facebook sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4,8 mini ötüb, 10 min nəfər isə bu xəstəliyə yoluxub.

Daha çox ölüm halları üç ölkədə - Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb, - TASS yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.