Texnologiya

Kart sahibləri üçün Wi-Fi

24 Oktyabr 2014 19:16
0 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
MasterCard şirkəti Britaniyanın ən böyük Wi-Fi operatorlarından biri The Cloud ilə əməkdaşlıq haqda razılaşma imzalayıb. Nəticədə MasterCard kart sahiblərinə minlərlə ictimai yerdə (The Cloud Böyük Britaniya üzrə 21 mindən çox Wi-Fi giriş nöqtəsi məxsusdur) ödənişsiz internet çıxışa zəmanət verilir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, işgüzar səfər və ya məzuniyyət zamanı turizm məqsədi ilə Birləşmiş Krallığa gələn istifadəçilər yüksək rouminq tarifləri və mövcud tarif planı çərçivəsində məhdud məlumat trafiki səbəbindən bir çox xidmətlər, həmçinin sosial şəbəkələrdə işlərini məhdudlaşdırmaq məcburiyyətində olmayacaqlar. Bundan başqa, axın audio və videokontent xidmətlərinə güvənərək musiqidən həzz almaq, həmçinin televiziya şousu və filmləri izləmək imkanı istifadəçiləri mobil qurğunun yaddaşını öncədən elektron kitab, film və istənilən başqa növ əyləncə məzmunu ilə doldurmaqdan xilas edəcək. Amma bir şərtlə ki, sizin portmanetinizdə MasterCard kartı var. 

Şəbəkəyə daha sürətli simsiz çıxış əldə etmək üçün smartfon və ya planşetə MasterCard Priceless London WiFi tətbiqini quraşdırmaq lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.