Texnologiya

İldə 15 milyon yeni domen

24 Oktyabr 2014 22:22
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Los-Ancelesdə keçirilən konfransda Internet Corporation for Assigned Names and Numbers (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyasının mütəxəssisləri New gTLD proqramının gələcək inkişafını proqnozlaşdırıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onların qiymətləndirməsinə görə, cari maliyyə ilində (2014-cü ilin iyulundan 2015-ci ilin iyununadək) yeni zonalarda 15 milyon domen adı qeydiyyatdan keçəcək.

Bu, əvvəlki proqnozda olan rəqəmdən (33 milyon) iki dəfə azdır: Lakin əksər mütəxəssislər 15 milyonu da şişirdilmiş göstərici hesab edir. Belə ki, cari ilin iyulundan cəmi 2,8 milyon domen qeydə alınıb.

Yeni zona qeydiyyatçıları gözlənilən fəallığın özünü doğrultmayacağı təqdirdə itkilərlə üzləşəcəklərindən narahatdırlar. Yeni zonaların sahibləri ICANN-a rübdə 6,500 dollar və ya ildə 25,000 dollar ödəyir. Həmçinin şirkətlər tranzaksiya sayı il ərzində 50 mini ötdükdə, hər domen üçün əlavə 25 sent ödəyirlər. Tranzaksiyalar təkcə qeydiyyat deyil, həm də artıq mövcud domenlərin qeydiyyat müddətinin uzadılmasıdır.

Problem ondan ibarətdir ki, cari proqnoz ICANN-nın bu il üçün maliyyə planına daxil edilib və o, özünü doğrultmasa, şirkətlər itkilərlə üzləşə bilərlər. Maliyyə ziyanının yerini doldurmaq üçün ən sadə üsul korporasiyaya qeydiyyatçılar tərəfindən ödənişlərin artırılması olacaq.

ICANN 2015-ci maliyyə ili üçün planda yeni zonalarda domenlərin qeydiyyat sayını risk faktoru kimi qeyd etsə də, vəsaitləri şişirdilmiş proqnoza uyğun bölüşdürməkdə davam edir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.